Rayonda sərbəst güləş, futbol, voleybol, basketbol, aşihara-kaykan karate, taekvondo, kikboksinq, karate-do, bodibildinq, üzgüçülük, aiki-do, cüdo, kyokuşin kay idman növləri üzrə qruplar fəaliyyət göstərir.
Bədən tərbiyəsi və idmanla məşğul olan təşkilatların sayı -63
O cümlədən ümumtəhsil məktəbləri – 50
İdman məktəbi – 1
İdman klubları – 12
Həmin təşkilatlarda 99 nəfər ali və orta ixtisas təhsilli məşqçi müəllimlər məşğul olur.
İdmanla məşğul olanların sayı – 649
Bədən tərbiyəsi dərslərində məşğul olanlar – 8986
İdman qurğularının sayı – 92
O cümlədən: 1300 yerlik Olimpiya İdman Kompleksinin stadionu, 600 yerlik Göygöl Mərkəzi Şəhər Stadionu, 34 təhsil ocaqlarının idman zalları, 1 atıcılıq tiri, 49 sadə idman qurğuları
21 yanvar 2014-cü il tarixdə Azərbaycan Respublikası Prezidentinin iştirakı ilə Olimpiya İdman Kompleksi istifadəyə verilmişdir. Kompleksdə 9 idman növü üzrə 12 qrupda 170 nəfər idmanla məşğul olur.
13-15 mart 2015-ci il tarixlərdə Bakı şəhərində keçirilən “Pourliftinq” üzrə açıq respublika çempionatında 75 kq çəki dərəcəsində rayonumuzdan Əliyev Müşviq I yerə layiq görülərək respublika birincisi olmuşdur.
1-3 may 2015-ci il tarixlərdə Kyojinkey-karate üzrə Avropa çempionatında İsmayılov Qədir III yerə laiq görülmüşdür.
02-03 may 2015-ci il tarixlərdə Sumqayıt şəhərində taekvondo üzrə yeniyetmələr arası ölkə birinciliyi keçirilmişdir. İdmançılarımızdan Əliyeva Səbinə III yerə layiq görülmüşdür.
21-31 avqust 2015-ci il tarixlərdə Gədəbəy rayonunda şahmat idman növü üzrə kişi və qadınlar arasında Azərbaycan çempionatının seçmə yarışları keçirilmişdir. 1 nəfər idmançımız Hacıyev Şahin I yeri qazanmışdır.
25-27 sentyabr 2015-ci il tarixlərdə Pourliftinq idman növü üzrə Azərbaycan çempionatında rayonumuzu bir nəfər Əliyev Müşfiq təmsil edilmişdir. Çempion adına layiq görülmüşdür.
09-14 noyabr 2015-ci il tarixdə Portuqaliyada keçirilmiş Pourliftinq idman növü üzrə Dünya çempionatında Əliyev Müşfiq I yerə layiq görülərək Dünya çempionu adını qazanmışdır.
22-27 dekabr 2015-ci il tarixlərdə Bakı şəhərində gənclər və böyüklər arasında taekvondo idman növü üzrə ölkə birinciliyi keçirilmişdir. İdmançı qızlardan 1 nəfər Cəlilova Elnarə Elyas qızı I yeri, 2 nəfər Quliyeva Gülşad, Əliyeva Asya Elmar qızı II yeri qazanmışdır. Rayon komandamız IV yerin kubokunu qazanmışdır.
28 yanvar – 08 fevral 2016-cı il tarixlərdə Moskva şəhərində keçirilmiş “Moskva – Open blits” Şahmat üzrə Dünya çempionatında öz yaş qrupunda Hacıyev Şahin I yeri qazanmışdır.
Gənclər siyasəti
Rayonda gənclərin sayı – 17883
O cümlədən: kişilər – 9301, qadınlar – 8582
Göygöl rayon Gənclər və İdman İdarəsi rayonda gənclər siyasətini həyata keçirən orqandır. Gənclər siyasəti Azərbaycan Respublikasının Qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Milli Məclisin qərar və qanunlarını, Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Gənclər və İdman Nazirliyinin qərar və sərəncamlarını və digər normativ sənədlərini əldə rəhbər tutaraq həyata keçirilir. Belə ki, Gənclər və İdman İdarəsi yeniyetmə və gənclərin asudə vaxtlarının səmərəli təşkili, istedadlı gənclərin aşkara çıxarılması, onların istedadlarının inkişaf etdirilməsi, gənclərin idmana cəlb edilməsi, elmə, təhsilə olan maraqlarının artırılması, vətənpərvərlik və vətəndaşlıq hisslərinin yüksəldilməsi və bunlarla yanaşı yeniyetmə və gənclərin zərərli vərdişlərdən uzaqlaşdırılması və maarifləndirilməsi məqsədi ilə mütəmadi olaraq bu istiqamətdə tədbirlər həyata keçirir. Keçirilən bu tədbirlər yeniyetmə və gənclərdə vətənə və xalqa, tariximizə və milli ideologiyaya hörmət və məhəbbət hisslərini artırır, onların elmə, təhsilə və idmana marağını artırır. Möhtərəm Prezidentimiz cənab İlham Əliyev Azərbaycan gəncliyinə xüsusi diqqət və qayğı ilə yanaşır. Bu qayğının nəticəsi olaraq Göygöl şəhərində 2014-cü ildən Gənclər Mərkəzi gənclərin istifadəsinə verilmişdir ki, bu da Göygöl rayon gənclərin asudə vaxtlarının səmərəli təşkil olunmasına, mədəni kütləvi tədbirlərin sayının və keyfiyyətinin artırılmasına gətirib çıxarmışdır. Gənclər Mərkəzində 200 nəfərlik akt zalı, 10 nəfərlik internet klub, kafe, linqafon otağı, rəqs otağı, karaoke-əyləncə zalı fəaliyyət göstərir.
Hər il rayonumuzda rayon İcra Hakimiyyəti, Təhsil şöbəsi, Mədəniyyət və Turizm şöbəsi, hüquq-mühafizə orqanları və digər təşkilatlarla birgə müxtəlif idman yarışları, bilik yarışları, intellektual oyunlar, inşa, şeir, rəsm müsabiqələri, gənclərin zərərli vərdişlərdən uzaqlaşdırılması istiqamətində profilaktik görüşlər təşkil edilir.
2015-ci ildə “Azərbaycan Könüllülük Xidməti” proqramının yekunlarına həsr edilmiş toplantıda könüllülük proqramı çərçivəsində Göygöl Gənclər Mərkəzi Milli Akkreditasiya sertifikatı ilə təltif edilmişdir.
“Şahin” hərbi-idman oyununun rayon və zona birinciliklərində rayon komandamız öz nümunəvi çıxışları ilə seçilmişdir.
2015-ci ildə Bakı şəhərində “İstedadların hazırlığı laboratoriyası” üzrə III Respublika olimpiadasında rayonumuzu 6 nəfər təmsil etmişdir.Şəhər 4 saylı tam orta məktəbin XI sinif şagirdi Əhədli Tərlan Natiq oğlu 2-ci yerə layiq görülmüş və Gənclər və İdman Nazirliyinin qiymətli hədiyyələri və diplamuyla təltif edilmişdir.
2015-ci ildə “Bakı Gənclər Klubu” İB-nin “Vətənin ucalığı hünərdən keçər” layihəsi çərçivəsində qəhrəman döyüşçülərlə gənclərin aprel və noyabr aylarında görüşləri keçirilmişdir.