Rayonda 151 çarpayılıq mərkəzi rayon xəstəxanası (bura 35 cərrahiyyə, 40 terapiya, 30 pediatriya, 30 mamalıq-ginekologiya, 10 yoluxucu xəstəliklər, 6 anesteziologiya-reanimasiya çarpayıya malik şöbələr aiddir), böyüklər və uşaqlar bölümü olan poliklinika, qadın məsləhətxanası, 2 kənd sahə xəstəxanası (15 çarpayılıq Balçılı və 15 çarpayılıq Çaykənd), 10 kənd həkim məntəqəsi (Hacıməlik, Aşıqlı, Üçtəpə, Topalhəsənli, Şəhriyar, Yeni Zod, Çaylı, Quşqara, Qızılca, Mollacəlilli kəndi), 23 kənd tibb məntəqəsi (Sarısu, Quşçu, Qarabulaq, Toğanalı, Göyçəkənd, Köşkü, Pənahlılar, Dozular, Gəncə, Zurnabad, Kərəmli, Bəhrəmbağ, Xəqani, Cümşüdlü, Qırıxlı, Sərkarlı, Haçaqaya, Əlimədətli, Nadil, Yeni Qızılca, Yalqışlaq, Danayeri, Tülallar kənd), 1 kardiorevmatoloji sanatoriya, 1 Gigiyena və Epidemiologiya mərkəzi əhaliyə tibbi xidmət göstərir.
Mərkəzi rayon xəstəxanası 2009-cu ildə fərdi layihə ilə yeni inşa edilmiş və müasir inventar və avadanlıqla təmin olunmuşdur.
Bu tibb müəssisələrində 598 nəfər o, cümlədən 76 nəfər həkim, 2 əczaçı-provizor, 1 nəfər tibb üzrə fəlsəfə doktoru çalışır. Hər 1000 nəfərə düşən həkimlərin sayı 1.21, hər 1000 nəfərə düşən orta tibb işçilərin sayı 4.21 Hər 1000 nəfərə doğum göstəricisi 13.8, hər 1000 nəfərə ölüm göstəricisi 6,6. Təbii artım 448 nəfərdir, hər 1000 nəfərə təbii artım göstəricisi 7.1-dir. Əhalinin hər 10000 nəfərinə stasionar çarpayı göstəricisi 29.1-dir.