Şriftin ölçüsü :

Saytın rəngi :

Göygöl rayonunda “Çempionumuz” sosial idman layihəsinin növbəti görüşü şəhər 4 saylı tam orta məktəbin şagirdləri ilə keçirildi.

19 yanvar 2022 | 16:00

Göygöl rayonunda “Çempionumuz” sosial idman layihəsinin növbəti görüşü şəhər 4 saylı tam orta məktəbin şagirdləri ilə keçirildi. Görüşün qonağı Aşihara-karate idman növü üzrə 3 qat Respublika, Avrasiya və Dünya çempionu Rəhimov Fərman olmuşdur.
Tədbirdə Göygöl Rayon Gənclər və İdman İdarəsinin aparıcı məsləhətçisi İqbal Musazadə iştirakçılara “Çempionumuz” sosial idman layihəsi haqqında məlumat verdi. 
Daha sonra Fərman Rəhimov idman sahəsindəki uğurlarından və beynəlxalq səviyyəli yarışlardakı qələbələrindən danışdı və tədbir iştirakçılarının suallarını cavablandırdı. 
Tədbirdə fəal iştirak edən 10 məktəbli təşəkkürnamə ilə, Fərman Rəhimov isə Göygöl Gənclər və İdman İdarəsi tərəfindən Fəxri Fərmanla təltif edildi və sonda şagirdlər tədbirin idmançı qonağı ilə xatirə şəkli çəkdirdilər.

 

Keçidlər