Şriftin ölçüsü :

Saytın rəngi :

20 yanvar hadisəsinin 32-ci ildönümünə həsr olunmuş “20 Yanvar-xalqımızın şərəf və qəhrəmanlıq salnaməsi” adlı ədəbi-bədii gecə keçirilib.

19 yanvar 2022 | 16:00

Göygöl rayon MKS-nin S. Vurğun adına MK-nın Xidmət Şöbəsinin Oxu zalında   20 yanvar hadisəsinin 32-ci ildönümünə həsr olunmuş “20 Yanvar-xalqımızın şərəf və qəhrəmanlıq salnaməsi” adlı ədəbi-bədii gecə keçirilib. Oxu zalında “20 Yanvar-xalqımızın şərəf və qəhrəmanlıq salnaməsi” başlığı altında kitab sərgisi, foto-stend təşkil olunub. Tədbiri açıq elan etmək üçün söz verildi Şəmkir  Regional  Mədəniyyət  İdarəsinin  Göygöl  rayonu  üzrə  nümayəndəsi Pərviz Hümbətova. Tədbirdə canlarını qurban vermiş 20 yanvar şəhidlərinin, I  və II Vətən müharibəsinin şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Sonra 20 yanvar şəhidlərinin haqqında Metodika və biblioqrafiya şöbəsinin müdiri Qasımova Aynurə məruzə ilə çıxış etdi. Məruzədən sonra “20 Yanvar faciəsi-Unutmadıq, unutmayacağıq!” adlı video-slayd və məktəblilərin hazırladığı ədəbi – bədii kompozisiya göstərildi.

Keçidlər