Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsi şəhidi İsmayılov Ruslan Eyvaz oğlunun ildönümü mərasimi keçirilib.

02 dekabr 2021 | 16:00

02 dekabr 2021-ci il tarixdə Göygöl rayonundan olan Vətən müharibəsi şəhidi İsmayılov Ruslan Eyvaz oğlunun ildönümü mərasimi keçirilib. Göygöl Rayon İcra Hakimiyyətinin başçısının səlahiyyətlərinin müvəqqəti icraçısı, başçının birinci müavini Turani Əliyev,  rayonun digər rəhbər şəxsləri, ictimaiyyət nümayəndələri, şəhid ailələri və qazilər Göygöl şəhəri Şəhidlər Xiyabanında Vətən müharibəsi şəhidi İsmayılov Ruslan Eyvaz oğlunun ildönümü ilə bağlı məzarını ziyarət edib, ruhuna dualar oxuyub əziz xatirəsini anıblar. Eyni zamanda Göygöl şəhər 5 nömrəli tam orta məktəbin şagirdləri Şəhidlərə həsr olunmuş şerlər söyləyiblər.

Keçidlər