Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsi şəhidi Bayramov Həsən Bəhrəm oğlunun ildönümü mərasimi keçirilib.

27 noyabr 2021 | 16:00

27 noyabr 2021-ci il tarixdə Göygöl rayonu Sarısu kəndindən olan Vətən müharibəsi şəhidi Bayramov Həsən Bəhrəm oğlunun ildönümü mərasimi keçirilib. Göygöl Rayon İcra Hakimiyyətinin başçısının səlahiyyətlərinin müvəqqəti icraçısı, başçının birinci müavini Turani Əliyev,  rayonun digər rəhbər şəxsləri, ictimaiyyət nümayəndələri, şəhid ailələri və qazilər Gəncə şəhəri Şəhidlər Xiyabanında Vətən müharibəsi şəhidi Bayramov Həsən Bəhrəm oğlunun ildönümü ilə bağlı məzarını ziyarət edib, ruhuna dualar oxuyub əziz xatirəsini anıblar. Şəhidin məzunu olduğu Göygöl rayon Texniki təbiət təmayüllü liseyin şagirdləri Şəhidlərə həsr olunmuş şerlər söyləyiblər.  

Keçidlər