Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsi şəhidi Allahverdiyev Elşad Zaməddin oğlunun ildönümü mərasimi keçirilib.

23 noyabr 2021 | 16:00

23 noyabr 2021-ci il tarixdə Göygöl rayonundan olan Vətən müharibəsi şəhidi Allahverdiyev Elşad Zaməddin oğlunun ildönümü mərasimi keçirilib. Göygöl Rayon İcra Hakimiyyətinin başçısının səlahiyyətlərinin müvəqqəti icraçısı, başçının birinci müavini Turani Əliyev,  rayonun digər rəhbər şəxsləri, ictimaiyyət nümayəndələri, şəhid ailələri və qazilər Göygöl şəhəri Şəhidlər Xiyabanında Vətən müharibəsi şəhidi Allahverdiyev Elşad Zaməddin oğlunun ildönümü ilə bağlı məzarını ziyarət edib, ruhuna dualar oxuyub əziz xatirəsini anıblar. Eyni zamanda Vətən müharibəsi şəhidi Allahverdiyev Elşad Zaməddin oğlunun xatirəsinə tikilmiş ehsan bulağının açılışı olub. Tədbirdə şəhid Elşad Allahverdiyevin təhsil aldığı Göygöl şəhər 1 nömrəli tam orta məktəbin şagirdləri Şəhidin keçdiyi döyüş yolu barədə ətraflı məlumat verərək,  Şəhidlərə həsr olunmuş şerlər söyləyiblər.

Keçidlər