Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsi şəhidi Həsənov Vüsal Bayram oğlunun ildönümü mərasimi keçirilib.

16 noyabr 2021 | 16:00

16 noyabr 2021-ci il tarixdə Göygöl rayonundan olan Vətən müharibəsi şəhidi Həsənov Vüsal Bayram oğlunun ildönümü mərasimi keçirilib. Göygöl Rayon İcra Hakimiyyətinin başçısının səlahiyyətlərinin müvəqqəti icraçısı, başçının birinci müavini Turani Əliyev,  rayonun digər rəhbər şəxsləri, ictimaiyyət nümayəndələri, şəhid ailələri və qazilər Göygöl şəhəri Şəhidlər Xiyabanında Vətən müharibəsi şəhidi Həsənov Vüsal Bayram oğlunun ildönümü ilə bağlı məzarını ziyarət edib, ruhuna dualar oxuyub əziz xatirəsini anıblar. Eyni zamanda məktəblilər Şəhidlərə həsr olunmuş şerlər söyləyiblər.

Keçidlər