Şriftin ölçüsü :

Saytın rəngi :

"Vətənin müdafiəsinə hazıram" devizi ilə poliatlon çoxnövçülüyü üzrə yarış keçirilib.

20 oktyabr 2021 | 16:00

Göygöl şəhər 1 nömrəli tam orta məktəbində Zəfər Gününə həsr edilmiş "Vətənin müdafiəsinə hazıram" devizi ilə poliatlon çoxnövçülüyü üzrə məktəblilər arası yarışın rayon mərhələsi keçirilib. Yarışda rayonun 16 məktəb komandası iştirak edib. Yüksək əhval ruhiyə ilə keçirilən yarışda I yerə Üçtəpə, II yerə şəhər 1 nömrəli, III yerə isə Topalhəsənli kənd tam orta məktəb komandası layiq görülüb. Qalib komandalara Rayon Gənclər və İdman idarəsinin xatirə hədiyyələri və Diplomları təqdim olunub.

Keçidlər