Şriftin ölçüsü :

Saytın rəngi :

Abituriyentlərin Universitetlərə ekskursiyası davam edir.

07 iyul 2021 | 16:00

Göygöl Təhsil Mərkəzi, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Göygöl nümayəndəliyi və Azərbaycan Texnologiya Universitetinin birgə təşkilatçılığı ilə “Mənim ixtisasım” layihəsi çərçivəsində 100-dən çox məktəbli  Texnologiya Universiteti ilə tanış olub.
Göygöl Təhsil Mərkəzinin Göygöl, Gəncə, Balçılı, Samux və Şəmkir filiallarının abituriyentləri “Bizimlə Yay” dərs proqramına uyğun olaraq Azərbaycan Texnologiya Universitetinin bütün korpuslarında - Yüngül Sənaye mühəndisliyi və Logistika, Qida mühəndisliyi, Avtomatika, Telekommunikasiya və informatika, İqtisadiyyat və idarəetmə fakültələrində maraqlı görüşlər keçirib. Universitetin maddi-texniki bazası ilə yaxından tanış olub, universitet rəhbərliyinin məlumatlarını dinləyiblər. Abituriyentlər Logistika mərkəzi, Gön-dəri, Tekstil və toxuculuq laborotoriyalarında gedən prosesləri izləyib, dizayn otaqları, idman zalı, akt zalı, kitabxana ilə tanış olub, logistika, metallurgiya, turizm, İKT, ekologiya, biznes, iqtisadiyyat və idarəetmə ixtisasları haqqında ətraflı məlumat alıblar.
Görüşdən sonra abituriyentlər Azərbaycan Texnologiya Universitetində gənclərin inkişafı üçün yaradılmış qayğı və şərait barədə geniş müzakirələr aparıb, dövrümüz üçün aktual hesab etdikləri ixtisaslara olan maraq və tələbat haqqında fikir mübadiləsində fəal iştirak ediblər.

Keçidlər