Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsi qaziləri və şəhid ailələri Göygöl Rayon İcra Hakimiyyəti başçısı Aparatında diqqət və qayğı ilə qəbul edilir

08 iyun 2021 | 16:00

Göygöl Rayon İcra Hakimiyyəti başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Sərdar Balayev tərəfindən qazi  Həsənov Zaur Fikrət oğlu xüsusi karantin rejimi qaydalarına riayət olunmaqla qəbul edilmişdir.
Həsənov Zaur Fikrət oğlu 6 avqust 1989-cu il tarixdə Göygöl şəhərində anadan olmuşdur.  2008-cı ilin yanvar ayından 2009-cu ilin iyul ayınadək  “N” saylı hərbi hissədə həqiqi hərbi xidmət keçmişdir.  29 sentyabr 2020-ci ildə könüllü olaraq Qarabağ uğrunda gedən döyüşlərdə iştirak etmiş,  09 noyabr 2020-ci ildə Şuşa şəhəri istiqamətində gedən döyüşlərdə partlayış travması, kontuziya almışdır. Hal-hazırda qazimizin müalicəsi davam edir.

Keçidlər