Şriftin ölçüsü :

Saytın rəngi :

Göygöl rayonunda aqrar sahə dinamik inkişaf etdirilir.

03 aprel 2021 | 16:00

Heyvandarlıq kənd təsərrüfatının əsas sahəsi olmaqla əhalinin ərzaq məhsulları ilə təmin edilməsində xüsusi əhəmiyyət kəsb edir. Heyvandarlıq məhsullarının istehsalının artırılmasının həlli yollarından biri mal-qaranın cins tərkibinin daim yaxşılaşdırılmasıdır. Göygöl rayonunda bu məqsədlə bir sıra işlər görülmüşdür, fiziki və hüquqi şəxslər tərəfindən 2021-ci ilin 3 ayında xaricdən gətirilən damazlıq heyvanlardan lizinq yolu ilə 72 baş alınmış  və damazlıq heyvanların sayı artırılaraq rayonda 333 başa çatdırılmışdır. Heyvandarlığın intensiv inkişaf etdirilməsi daha çox məhsul əldə etməyə imkan yaradır.
    Azərbaycan Respublikası Prezidentinin 28 iyun 2011-ci il tarixli 1578 nömrəli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə tədbirlər planında damazlıq işlərinin dövlət tərəfindən dəstəklənməsi və heyvandarlıqda süni mayalama tədbirlərinin genişləndirilməsi nəzərdə tutulmuşdur. Göygöl rayonunda mütəxəssislər tərəfindən 2021-ci ilin 3 ayı ərzində 250 baş heyvanda süni  mayalama işi aparılmış və 183 baş bala alınmışdır.
Qeyd edək ki, "Heyvandarlığın cins tərkibinin yaxşılaşdırılmasına dövlət dəstəyi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 19 avqust tarixli 1364 nömrəli sərəncamı ilə süni mayalanma yolu ilə alınmış hər baş sağlam buzova görə heyvan sahiblərinə 100 manat həcmində subsidiya müəyyən edilmişdir. Bu işlər Göygöl rayonunda da uğurla həyata keçirilir, 2021-ci ilin 3 ayı ərzində süni mayalanma yolu ilə alınmış 150 baş sağlam buzova görə heyvan sahiblərinə 100 manat həcmində subsidiya verilməsi məqsədi ilə sənədlər Elektron Kənd Təsərrüfatı İnformasiya sisteminə daxil edilmişdir.
         Respublikada və eləcədə Göygöl rayonunda aqrar sahədə aparılan islahatlar onu deməyə əsas verir ki, heyvandarlığın bütün sahələri dinamik inkişaf etdirilməkdədir.

 

Keçidlər