Şriftin ölçüsü :

Saytın rəngi :

Gənclərin İnkişaf və Karyera Mərkəzinin təşkilatçılığı ilə Xocalı soyqırımına həsr edilmiş tədbir keçirildi.

25 fevral 2021 | 16:00

Gənclər Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci ildə start verilmiş “Xocalıya ədalət!” beynəlxalq maarifləndirmə kampaniyası çərçivəsində "Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporu" tərəfindən çəkilmiş “Cəhənnəmi görmüş pilot” sənədli filminə baxıblar. Elmar Məlikovun rejissoru olduğu film Xocalı qətliamının ilk şahidi, jurnalistləri bu vəhşiliyin törədildiyi yerə helikopterlə aparan ukraynalı pilot Kraveç Leonid Markoviçin təəssüratlarından bəhs edir.
Gənclərin İnkişaf və Karyera Mərkəzinin Göygöl nümayəndəliyinin digər təşkilatçılığı ilə Gənclər Mərkəzində "Qanla yazılan tarix unudulmur" adlı Xocalı soyqırımına həsr edilmiş rəsm müsabiqəsi keçirildi.Qaliblər hədiyyə və diplomla təltif olundu.

 

Keçidlər