Şriftin ölçüsü :

Saytın rəngi :

Göygöl “24 № -li Yol İstismarı” MMC işini günün tələbləri səviyyəsində ququr.

18 fevral 2021 | 16:00

Rayon ərazisində yağan güclü qar səbəbindən Göygöl “24 № -li Yol İstismarı” MMC-nin əməkdaşları "Gecəboyu və səhər saatlarında yolların qardan təmizlənməsi, buzlaşmış ərazilərə duz və qumun səpilməsi istiqamətində işlər aparılıb. Cəmiyyət 165 km avtomobil yoluna xidmət edir. Bu avtomobil yollarının 49 km hissəsi Respublika əhəmiyyətli R-19 Gəncə-Kəlbəcər-Laçın avtomobil yoludur. 116 km-i isə Yerli əhəmiyyətlidir. Qış mövsümündə həm Cəmiyyətin anbarında və eləcədə xidmət etdiyi avtomobil yollarında səki eniş-yoxuşlarda, qum-duz ehtiyyatı yaradılır. 2021-ci ildə 130 m3 -qum və 45 ton duz ehtiyyatı təşkil edilmişdir. Qar yağan vaxt birinci növbədə avtomobil yolları avtoqreyderlə qardan təmizlənir, sonra isə duz-qum qarışığı səpilir. Vaxtaşırı su keçirici boruların, giriş-çıxışları və küvetlər təmizlənir. Avtomobil yollarında buz təbəqəsi əmələ gələn sahələrdə buz qırılır və duz tökülərək əridilir. Duz-qum qarışığı olan yol sahələrində qarışıq əl ilə səpilir. Bunun nəticəsində nəqliyyatın hərəkətində hər hansı bir fasilə baş verməyib.
Hazırda Göygöl rayonunun kənd və qəsəbələrə gedən avtomobil yollarında nəqliyyatın hərəkətində heç bir problem yaşanmır. Nəqliyyatın hərəkətinin fasiləsiz təmin olunması istiqamətində işlər davam etdirilir.

 

Keçidlər