Şriftin ölçüsü :

Saytın rəngi :

Göygöl rayonunda Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anım günü qeyd edilib

12 dekabr 2019 | 16:00

Dünya şöhrətli siyasi xadim, müasir Azərbaycan dövlətinin qurucusu və memarı, Azərbaycan xalqının Ümummilli lideri Heydər Əlirza oğlu Əliyevin vəfatından 16 il keçir. Respublikamızın bütün bölgələrində olduğu kimi, Göygöl rayonunda da Ümummilli lider Heydər Əliyevin  əziz xatirəsi izdihamla  qeyd edilib.
     Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Arif Seyidov, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilat rəhbərləri, rayon ərazisində yerləşən hərbi hissələrin əsgər və zabitləri, ziyalılar, ağsaqqallar, gənclər və rayon ictimaiyyəti iştirak etdilər. Tədbir iştirakçıları Rayon İcra Hakimiyyətinin qarşısında ucaldılmış Ulu Öndərin heykəli önünə gül-çiçək dəstələri düzərək, Ümummilli liderin  əziz xatirəsini dərin ehtiramla  yad ediblər.
     Ürəyi daim xalq üçün, Vətən üçün döyünən Heydər Əliyevin parlaq ideyaları bu gün də yaşayır və qalib gəlir, işıqlı sabaha, xoşbəxt gələcəyə gedən yolumuza nur saçır.
     Tədbirin sonunda Heydər Əliyevin anım günü ilə bağlı ehsan süfrəsi açılıb, ruhuna dualar oxunub.

 

Keçidlər