Şriftin ölçüsü :

Saytın rəngi :

9 Noyabr – Bayraq günü münasibəti ilə Göygöl şəhər Heydər Əliyev adına Mədəniyyət və istirahət parkında festival keçirilib

08 noyabr 2019 | 16:00

Göygöl şəhər Heydər Əliyev adına Mədəniyyət və istirahət parkında “9 Noyabr – Bayraq günü münasibəti ilə” festival keçirilib. Festivalda rayonda fəaliyyət göstərən tərbiyə müəssisələrinin kollektivləri, fəal gənclər və şagirdlər iştirak ediblər. Festival iştirakçıları asfalt üzərində dövlət rəmzlərini canlandırıblar, şagirdlər “Bayraq” intellektual oyununda biliklərini nümayiş etdiriblər, dövlət rəmzlərini özündə əks etdirən rəsm sərgisi təşkil olunub. Eyni zamanda hazırlanmış konsert proqramları festival iştirakçıları tərəfindən maraqla qarşılanıb, təqdim olunmuş mahnı və rəqslər onlarda bayram əhval ruhiyyəsini yüksəldib.     

Keçidlər