Şriftin ölçüsü :

Saytın rəngi :

Göygöl rayonunun Şəhriyar kəndində Yaponiya hökumətinin maliyyə dəstəyi ilə həyata keçirilmiş tibb məntəqəsinin tikintisi layihəsinin başa çatması ilə əlaqədar açılş mərasimi keçirilib

07 noyabr 2019 | 16:00

Yaponiya hökumətinin “İcma səviyyəli layihələr və İnsan Təhlükəsizliyi Qrant Yardımı Proqramı” çərçivəsində Yaponiyanın Azərbaycan Respublikasındakı Səfirliyinin xətti ilə Göygöl rayonunun Şəhriyar və Danayeri kəndlərində tibb məntəqəsinin tikintisi layihəsinin başa çatması ilə əlaqədar olaraq açılış mərasimi keçirilib. Açılş mərasimində Yaponiyanın Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli səfiri Teruyuki Katori, Göygöl  rayon İcra Hakimiyyətinin başçısı  Arif Seyidov, idarə, müəssisə və təşkilat rəhbərləri, kənd əhalisi iştirak ediblər.
    Açılış mərasimində çıxış edən cənab səfir bildirib ki, Ot kökləri və İnsan Təhlükəsizliyi Qrant Yardımı Proqramı bələdiyyələr, tibb institutları sahəsində olan layihələri dəstəkləyir. Diplomat qeyd edib ki, tibb məntəqəsi səfirliyin Göygöldə ilk layihəsi deyil və bundan sonra da rayonda müxtəlif layihələrin həyata keçirilməsi nəzərdə tutulur.
     Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Arif Seyidov  çıxış edərək qeyd edib ki,  Yaponiya hökümətinin qrant yardımı proqramı çərçivəsində Göygöl rayonunda bir çox layihələr reallaşdırılıb, bunlar: Kənd təsərrüfatı laboratoriyasının avadanlıqlarla təchiz edilməsi, Köşkü kənd tam orta məktəbinin əsaslı təmir, Köşkü və Üçbulaq kəndlərində içməli suyun çəkilişi, Toğanalı kəndində içməli suyun çəkilişi və bugünkü layihə Şəhriyar və Danayeri kəndlərində tibb məntəqələrinin tikintisidir. Həyata keçirilmiş bu layihələr üçün Yaponiya dövlətinə, Yaponiyanın Azərbaycandakı səfirliyinə  və bugünkü açılışa təşrif buyurmuş Yaponiyanın Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli səfiri cənab Teruyuki Katoriyə və tikinti təşkilatına dərin minnətdarlığımı bildirib və əminliklə vurğulayıb ki, istifadəyə verilən bu tibb məntəqələri kənd sakinlərinin təkmilləşdirilmiş tibbi xidmətini təmin edəcəkdir. 

Keçidlər