Şriftin ölçüsü :

Saytın rəngi :

Göygöl rayonunda “Ümummilli lider Heydər Əliyevin azərbaycançılıq məfkurəsinin gənclərin vətənpərvərlik tərbiyəsində rolu” mövzusunda konfrans keçirilib

18 oktyabr 2019 | 16:00

Göygöl rayonunda Gənclər və İdman Nazirliyinin və Rayon icra hakimiyyətinin birgə təşkilatçılığı ilə “Ümummilli lider Heydər Əliyevin azərbaycançılıq məfkurəsinin gənclərin vətənpərvərlik tərbiyəsində rolu” mövzusunda geniş  konfrans keçirilib.
Göygöl rayon Mədəniyyət Mərkəzində təşkil olunan konfransda Göygöl Rayon İcra hakimiyyətinin başçısı Arif Seyidov, Gənclər və İdman nazirinin müavini İntiqam Babayev, Gənclər və İdman Nazirliyi yanında İctimai Şuranın sədri Nurəddin Mehdiyev, rayonun fəal gəncləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
İlk öncə konfrans iştirakçıları Göygöl Rayon icra hakimiyyətinin inzibati binasının qarşısında ucaldılmış Ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək dahi şəxsiyyətin əziz xatirəsinə ehtiramlarını bildiriblər.
Konfransdan əvvəl Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ümummilli liderin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, daha sonra tədbir iştirakçılarına “Ulu Öndər” sənədli filmi təqdim olunub.
Konfransı giriş sözü ilə açan Göygöl rayon İcra Hakimiyyətinin başçısı Arif Seyidov qeyd edib ki, Ulu öndər Heydər Əliyevin  ölkəmizə rəhbərliyinin bütün dövrlərində gənc nəslin əsl himayədarı olub, sosial-iqtisadi, elmi-mədəni, təhsil və digər sahələrdə gənclərin fəal iştirakının təmin olunmasını diqqət mərkəzində saxlayıb. Bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı ilə ulu öndərin dövlət gənclər siyasəti uğurla davam etdirilir. Ölkəmizdə gənclərin hərtərəfli inkişafı üçün ardıcıl tədbirlər həyata keçirilir, elm və təhsil ocaqları, gənclər mərkəzləri, idman kompleksləri tikilib istifadəyə verilir. Bunun nəticəsidir ki, Azərbaycan gəncliyi ictimai həyatın bütün istiqamətlərində fəal iştirak edir, beynəlxalq miqyaslı tədbirlərdə ölkəmizi layiqincə təmsil edirlər.
Sonra Gənclər və İdman nazirinin müavini İntiqam Babayev çıxış edərək, Ulu öndər Heydər Əliyevin cəmiyyətimizə təqdim etdiyi Azərbaycançılıq məfkurəsinin milli, dini mənsubiyyətindən asılı olmayaraq, hər bir Azərbaycan vətəndaşını əhatə etdiyini qeyd edib və bildirib ki, məfkurəmiz humanizm, sülhsevərlik kimi ümumbəşəri dəyərləri, multikulturalizmi, demokratik dəyərlərə sədaqət hissini formalaşdıran prinsipləri özündə ehtiva edir. Bu gün biz qürur hissi keçiririk ki, dünyada müstəqil Azərbaycan dövləti, qədim və zəngin tarixi olan Azərbaycan xalqı var. Bu xalqın mükəmməl dili, yüksək mədəni dəyərləri, özünəməxsus adət-ənənələri vardır. Bu dəyərləri qoruyub saxlamaq, inkişaf etdirmək və gələcək nəsillərə çatdırmaq cəmiyyətimiz qarşısında duran əsas vəzifələrdəndir
Tədbirdə Göygöl rayon gəncləri  təkliflərlə çıxış edərək bildiriblər ki, müasir Azərbaycan gəncliyi bundan sonra da yaradılan şəraitdən səmərəli istifadə edərək, xalqımızın ümummilli lideri Heydər Əliyevin ideyalarını daim rəhbər tutaraq dövlət və dövlətçiliyə sədaqət ruhunda daha səylə çalışıb, göstərilən etimadı doğruldacaqlar.
Konfrans işgüzar şəraitdə başa çatıb.

Keçidlər