Şriftin ölçüsü :

Saytın rəngi :

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin birinci müavini Əli Abdullayev Göygöldə vətəndaşları qəbul edib

12 iyul 2019 | 16:00

Mərkəzi icra hakimiyyəti orqanlarının, digər qurumların rəhbərlərinin və onların müavinlərinin şəhər və rayonlarda 2019-cu ilin iyul ayında vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin birinci müavini Əli Abdullayev 12 iyul 2019-cu il tarixdə Göygöl rayon Heydər Əliyev Mərkəzində rayon vətəndaşlarını qəbul edib. Qəbulda nəqliyyat, telekommunikasiya, poçt xidmətləri və digər məsələlərlə bağlı vətəndaşların müraciətləri dinlənilib. Bir sıra müraciətlər yerindəcə öz müsbət həllini tapıb, araşdırılması tələb olunan müraciətlərin mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq həlli ilə əlaqədar nazirliyin müvafiq qurumlarına tapşırıqlar verilib. 

Keçidlər