Şriftin ölçüsü :

Saytın rəngi :

Ədliyyə Nazirinin müavini Ceyhun Həsənov Göygöl rayonunda vətəndaşları qəbul edib.

13 iyun 2019 | 16:00

13 iyun 2019-cu il tarixdə  Ədliyyə Nazirinin müavini Penitensiar xidmətin rəisi, ədliyyə general mayoru Ceyhun Həsənov Göygöl rayon Heydər Əliyev mərkəzində vətəndaşları qəbul edib.
Qəbuldan əvvəl nazir müavini və Göygöl rayon İcra Hakimiyyətinin başçısı ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək, ulu öndərin əziz xatirəsinə ehtiram əlaməti olaraq məzarı önünə gül dəstələri qoyublar.
Qəbul zamanı hər bir vətəndaş diqqətlə dinlənilib, qeyd olunmuş məsələlərin bir qismi elə yerindəcə öz həllini tapıb, digər müraciətlər üzrə isə Penitensiar xidmətin qəbulda iştirak edən aidiyyəti məsul əməkdaşlarına müvafiq tapşırıqlar verilib. 

Keçidlər