Şriftin ölçüsü :

Saytın rəngi :

Göygöl rayonunda 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilib

15 may 2019 | 16:00

Mayın 15-də Göygöl rayonunda 2019-cu ilin birinci rübünün yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilib. Hesabat yığıncağında Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Arif Novruzov, Göygöl Rayon İcra hakimiyyətinin başçısı Arif Seyidov, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilat rəhbərləri, İcra Hakimiyyəti başçısının yerli nümayəndələri, bələdiyyə sədrləri, qeyri-hökumət təşkilatlarının, ağsaqqalların, ziyalıların, kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.
Yığıncaqda hesabat məruzəsi ilə çıxış edən Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Arif Seyidov bildirib ki, ilin üç ayında rayonun sosial-iqtisadi inkişafının sürətləndirilməsi, iqtisadiyyatın daha da möhkəmləndirilməsi, infrastrukturun inkişaf etdirilməsi, sahibkarlığın dəstəklənməsi, əhalinin sosial-iqtisadi problemlərinin həlli, tikinti-quruculuq və yaşayış məntəqələrinin abadlaşdırılması sahəsində tədbirlər uğurla davam etdirilib.
Hesabat dövrü ərzində iqtisadiyyatın əsas sahələrində istehsal olunmuş məhsul və xidmətlərin ümumi həcmi 42 milyon 251,2 min manat, ondan 24 milyon 283 min manatı (57,5 %) istehsal sahələrini, 17 milyon 968,2 min manatı (42,5%) xidmət sahələrini təşkil etmiş, adambaşına 662,7 manat dəyərində məhsul istehsal edilmişdir.
2019-cu ilin yanvar-mart aylarında sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fiziki şəxslər tərəfindən məhsul istehsalı və xidmətlərin göstərilməsi əvvəlki ilin müvafiq dövrünə nisbətən 143,7 faiz artaraq 9 milyon 901,7 min manat olmuşdur. Sənayedə qeyri-dövlət sektorunun payı 83,3 faiz təşkil etmişdir.
2018-ci ildən tikintisinə başlanılmış Rayon Statistika idarəsinin yeni inzibati binasında  hazırda tamamlama işləri aparılır, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Göygöl rayon şöbəsinin inzibati binasının və Qafqaz tipli otelin tikintisi davam etdirilir.
Dövlət qayğısı nəticəsində ümumtəhsil məktəblərinin tikintisi və onların maddi-texniki bazası ilbə-il güclənir. Hazırda Əzgilli kənd ibtidai məktəbi üçün 20 yerlik modul tipli binanın tikintisi davam etdirilir.
Göygöl şəhərinin Ordubadi, Mikayıl Müşfiq və İsrafil Məmmədov küçələrinin davamı olaraq küçələrə asfalt örtüyün salınması və  su ötürücü arxlar quraşdırılmasına hazırlıq işləri başlanılmışdır. Şəhərin Azay Kazımov küçəsində aqlaydan olan divar üzlüklərinin 4000 kv.metri cilalanmış, şəhər Mərkəzi stadionunda suvaq işləri görülmüş, divarlarlara emulsiya vurulmuş, dəmir konstruksiyalar isə rənglənmişdir. Şəhərin mərkəzi küçələrdə yerləşən evlərin dam örtüyündə su ötürücülərin təmizlənməsi və su ötürücü boruların təmiri işləri aparılmışdır. Şəhər 1 və 2 saylı Qəbiristanlıların daxili yollarına 2200 kv.metr asfalt örtük salınmışdır.
Rayon İcra Hakimiyyəti başçısının Qızılqaya qəsəbəsində keçirilən  səyyar qəbulu zamanı sakinlər tərəfindən irəli sürülmüş təklifə əsasən məhəllədə yeni nümunəvi məhəllənin yaradılması məqsədi ilə qanunsuz çəpərlər sökülərək təmizlik işləri aparılırmış, əraziyə münbit torpaq gətirilərək layihələrə uyğun relyefin planlaşdırma işləri görülmüş, 2000 p/m bardür daşları quraşdırılmışdır. 610 ədəd müxtəlif növ dekorativ ağaclar və 2500 ədəd lükstr kolu əkilmiş, yaşıllıqların mütəmadi suvarılması üçün               1500 p/m yeni su xətti çəkilmişdir. Nümunəvi məhəllədə uşaq meydançasının yaradılmışı, söhbətgahların  quraşdırılmışı, oturacaqların qoyulması, işıqlandırma sistemləri yenilənməsi işlərinə başlanılmış və hazırda işlər davam etdirilir.
Əkin sahələrində 2018-ci ilin payızında 2019-cu ilin məhsulu üçün 8228,8 hektar sahədə payızlıq səpin aparılmış, 2019-cu ilin aprel ayının 1 vəziyyətinə isə 25 hektar yazlıq səpin işləri görülmüşdür. Cəmi bu ilin məhsulu üçün 8253,8 hektar sahədə dənli bitkilərin səpini aparılmışdır.
Rayonda 2019-cu ilin 3 ayı ərzində 405 yeni iş yerləri açılmışdır,  bunun da 208-i daimidir. 
Əhalinin məşğulluğunu təmin etmək və sosial müdafiəyə ehtiyacı olan vətəndaşların sosial müdafiəsini gücləndirmək məqsədilə 2019-cu ilin 1-ci rübü ərzində 567 nəfər iş axtaran Məşğulluq Mərkəzində qeydiyyata alınmış, tövsiyə məktubu əsasında 189 nəfəri münasib iş yerləri ilə təmin olunmuşdur. Onlardan 175 nəfər işsiz “DOŞT İŞ Mərkəzi” MMC-də sosial işçi olaraq işə düzələndir.  Hazırda Özünəmşğulluq proqramı çərçivəsində rayonda işsiz və işaxtaran kimi qeydiyyata alınmış və özünüməşğulluq fəaliyyətini qurmaq üçün potensial imkanlara malik 16 nəfər şəxslər müəyyən olunub və biznesin təşkili ilə bağlı bir aylıq təlim kurslarına cəlb edilmişlər. Yaxın vaxtlarda ak¬tiv¬lər¬lə tə¬min edilməsi nəzərdə tutulur.
Yığıncaqda əhalinin elektrik enerjisi, təbii qaz, içməli və təsərrüfat suyu ilə təminatı istiqamətində görülən işlərdən, sahibkarlığın inkişafı, vətəndaşların müraciətlərinə baxılması və onların qəbulunun təşkilindən ətraflı məlumat verilib.
Hesabat yığıncağında iştirak edən Prezident Administrasiyasının məsul işçisi Arif Novruzov çıxış edərək, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda həyata keçirilən sosial-iqtisadi inkişafdan, qazanılan uğurlardan, habelə qarşıda duran vəzifələrdən danışıb. Sonda qərar layihəsi qəbul olunub.

 

Keçidlər