Şriftin ölçüsü :

Saytın rəngi :

Göygöl rayonunda alman faşizmi üzərində qələbənin 74-cü ildönümü qeyd olunub

09 may 2019 | 16:00

Göygöl rayonunda   1941-1945-ci illər Böyük Vətən Müharibəsində alman faşizmi üzərində Qələbənin  74-cü ildönümü münasibəti ilə “Qələbə” parkında   geniş tədbir keçirilib. Tədbirdə Rayon İcra Hakimiyyətinin  başçısı Arif Seyidov, müharibə iştirakçıları, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, İcra Hakimiyyəti Başçısının inzibati ərazi dairələri üzrə nümayəndələri, bələdiyyələr,  ağsaqqallar, ictimaiyyət və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.
Tədbirdə çıxış edən  Göygöl Rayon İcra Hakimiyyətinin başçısı cənab Arif Seyidov veteranları  təbrik edərək,   Böyük Vətən Müharibəsində qələbənin heç də asanlıqla əldə edilmədiyini, bu müharibədə Azərbaycandan 600 mindən çox şəxs iştirak etdiyini qeyd edib. Qələbənin əldə olunmasında Azərbaycan neftinin  həlledici rolu olduğunu, həmin dövrlərdə SSRİ-də istehsal olunan neftin 71,4%-nin Azərbaycanın payına düşdüyünu diqqətə çatdırıb. Eyni zamanda cənab Başçı qeyd edib ki,  İkinci Dünya müharibəsində Azərbaycan xalqının xidmətlərinin qiymətləndirilməsində Ümummilli lider Heydər Əliyevin əməyi böyük olmuşdur. Bu diqqət və qayğı bu gün Möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən davam etdirilir. Möhtərəm Prezidentimiz  cənab İlham Əliyevin Sərəncamı ilə müharibə iştirakçılarına, onların ailələrinə, qələbədə əməyi olan şəxslərə birdəfəlik maddi yardım göstərilməsi onlara dövlət qayğısının bariz nümunəsidir.
        Tədbirdə çıxış edən digər şəxslər də BVM-si veteranlarını təbrik edərək, onlara xoş arzularını çatdırıblar.
Tədbir Göygöl rayon Mədəniyyət mərkəzinin təşkil etdiyi bayram konserti ilə davam etdirilib.

Keçidlər