Şriftin ölçüsü :

Saytın rəngi :

Göygöldə təhlükəsizlik orqanlarının yaranmasının 100 illiyi qeyd olunub

28 mart 2019 | 16:00

Bu gün Azərbaycanın milli təhlükəsizlik orqanlarının yaradılmasının 100-cü ildönümü tamam olur. Bu əlamətdar tarix Azərbaycan Xalq Cümhuriyyətində dövlət təhlükəsizliyinin təmin olunması məqsədilə 1919-cu il martın 28-də kəşfiyyat və         əks-kəşfiyyat xidmətinin yaradılması ilə bağlıdır. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 1997-ci il martın 23-də imzaladığı Sərəncama əsasən artıq 22 ildir ki, martın 28-i Azərbaycan Respublikasının təhlükəsizlik orqanlarının əməkdaşları tərəfindən peşə bayramı kimi qeyd olunur.  Ölkə başçısı cənab  İlham Əliyevin rəhbərliyi altında dövlətçiliyimizin, milli maraqlarımızın etibarlı şəkildə qorunması və təhlükəsizliyi sahəsində görülən işlərin nəticəsində Azərbaycan hazırda dünyada ən sabit ölkələrdən birinə çevrilib. Bu gün xalqımızın milli mənafeyinin, təhlükəsizliyinin, sabitliyin və əmin-amanlığın qorunmasında DTX-nın xüsusi rolu var.

Respublikamızın hər yerində olduğu kimi, Dövlət Təhlükəsizlik Xidməti Göygöl rayon şöbəsinin əməkdaşları da peşə bayramlarını qeyd ediblər. Dövlət Təhlükəsizliyi Xidməti orqanlarının peşə bayramında Göygöl Rayon İcra Hakimiyyəti başçısı Arif Seyidov və rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri də iştirak ediblər. Tədbir iştirakçıları Ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüb, ulu öndərin işıqlı xatirəsinə öz ehtiramlarını bildiriblər.

Keçidlər