Şriftin ölçüsü :

Saytın rəngi :

Göygöl rayonunda Kənd təsərrüfatı naziri İnam Kərimovun sədrliyi ilə “Azərbaycanda taxılçılığın inkişafı ilə bağlı 2019-cu ildə qarşıda duran vəzifələr” mövzusunda respublika müşavirəsi keçirilib

16 mart 2019 | 16:00

Göygöl rayon Heydər Əliyev Mərkəzində “Azərbaycanda taxılçılığın inkişafı ilə bağlı 2019-cu ildə qarşıda duran vəzifələr” mövzusunda respublika müşavirəsi keçirilib. Müşavirədə Kənd təsərrüfatı naziri İnam Kərimov, Göygöl rayon İcra hakimiyyətinin başçısı Arif Seyidov, “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin rəhbər şəxsləri, rayonların icra hakimiyyəti strukturlarının məsul şəxsləri, taxıl əkini aparmış rayonların Dövlət Aqrar İnkişaf Mərkəzlərinin direktorları, həmçinin taxılçılıqla məşğul olan fermerlər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Göygöl rayon İcra Hakimiyyətinin başçısı Arif Seyidov tədbir iştirakçılarını salamlayaraq bildirib ki, Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”ndə ölkənin ərzaq təhlükəsizliyinin gücləndirilməsi ilə bağlı konkret hədəflər qoyulub. Bu hədəflərə çatmaq üçün rəqabət qabiliyyətli kənd təsərrüfatı məhsullarının istehsalı və emalı genişləndirilməlidir, bu məqsədlə Kənd Təsərrüfatı Nazirliyi tərəfindən regionlarda mütəmadi müşavirələr keçirilir.
Kənd təsərrüfatı naziri İnam Kərimov müşavirədə çıxış edərək qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev aqrar sahənin inkişafına xüsusi diqqət yetirir, Taxılçılıq kənd təsərrüfatının ən aparıcı sahəsidir. Digər sahələrdə olduğu kimi bu sahə də dövlət qayğısı ilə əhatə olunub, dövlət tərəfindən fermerlərə subsidiyalar verilir, kənd təsərrüfatı texnikaları güzəştli şərtlərlə fermerlərə təqdim olunur. Cənab Prezident İlham Əliyev tərəfindən qarşımıza qoyulan vəzifə məhsuldarlığın artırılmasına nail olmaqdır. Məhsuldarlığı artırmaq üçün bütün aqrotexniki qaydalara riayət edilməlidir.
Tədbirdə ölkədə taxılçılığın inkişafı məqsədilə qarşıya qoyulan vəzifələrə toxunulub, bu cür müzakirələrin mütəmadi olaraq keçirilməsi qərara alınıb.

Keçidlər