Şriftin ölçüsü :

Saytın rəngi :

Göygöl rayonunda “2 Fevral - Gənclər günü” qeyd olundu

31 yanvar 2019 | 16:00

Göygöl rayon Gənclər Mərkəzində “2 Fevral - Gənclər günü” münasibəti ilə tədbir keçirildi. Tədbirdə Rayon İcra hakimiyyəti başçısı Aparatının nümayəndələri,  rayonun idarə, müəssisə və təşkilatlarında çalışan gənclər, gənc idmançılar, rayonun fəal gəncləri və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etdilər.
Tədbirdə çıxış edən natiqlər qeyd etdilər ki, Əsası Ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasəti gəncliyin sevimlisi Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir. Bu siyasət bir neçə istiqamətdə: gənclərin dövlət qulluğuna irəli çəkilməsi, əlverişli təhsil mühitinin yaradılması və tələbə təqaüdlərinin mütəmadi olaraq artırılması, gənclərin mənzil-məişət problemlərinin həllinə yönələn ipoteka kreditlərinin verilməsi, idmanın inkişafına və idmançılara göstərilən dövlət qayğısı formalarında özünü qabarıq şəkildə bir üzə verir. Məhz bunun nəticəsidir ki, Prezidentimiz İlham Əliyev bütün Azərbaycan gəncliyi tərəfindən sevilir və dəstəklənir.
Tədbirin sonunda rayonun ictimai-siyasi həyatında fəallıq göstərən gənclərə və idman  nailiyyətləri əldə etmiş idmançılara xatirə hədiyyələri və fəxri fərmanlar təqdim olundu.

Keçidlər