Şriftin ölçüsü :

Saytın rəngi :

Göygöl rayonunda 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş müşavirə keçirildi

17 oktyabr 2018 | 16:00

Azərbaycan Respublikasının Prezidenti  cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin  2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş geniş iclasındakı nitqindən irəli gələn vəzifələr Göygöl Rayon İcra Hakimiyyətində keçirilən müşavirədə müzakirə olunmuşdur.
Müşavirədə  Rayon İcra hakimiyyətinin başçısı cənab Arif Seyidov, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilat rəhbərləri, İcra Hakimiyyəti başçısının yerli nümayəndələri, bələdiyyə sədrləri, qeyri-hökumət təşkilatlarının, ağsaqqallar, ziyalılar, kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak edirdilər.
        İclası giriş sözü ilə açan Göygöl Rayon İcra Hakimiyyətinin başçısı cənab Arif Seyidov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclası barədə ətraflı məlumat verərək bildirdi ki, oktyabrın 9-da Nazirlər Kabinetinin iclasında ilin 9 ayına yekun vuran Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev öz çıxışında hesabat dövründə ölkəmizin beynəlxalq aləmdə və xarici siyasət kursunda, həmçinin sosial-iqtisadi sahədə vəziyyəti barədə ətraflı məlumat vermişdir. Qeyd edilmişdir ki, bu gün ölkəmizin valyuta ehtiyatları 3 milyard dollar artaraq 45 milyard dollar olmuş, əhalinin pul gəlirləri 9,5 % artmış,  inflyasiya 2,6 % təşkil etmişdir. İqtisadiyyatın neftdən asılılığı xeyli aşağı düşmüş, əsas sahələrdə yüksəliş əldə olunmuşdur. Ümumi daxili məhsul 0,8 faiz, qeyri neft sektoru 1 %, sənaye istehsalı 2%, qeyri-neft sənayesi  10,8 %, kənd təsərrüfatı 4,3 % artmışdır.
Hesabat məruzəsində bildirildi ki, 2017-ci ilin doqquz ayı ərzində Göygöl rayonunda istehsal və xidmət sahələrinin genişləndirilməsi, sosial obyektlərin tikilməsi, abadlıq quruculuq işlərinin aparılması istiqamətində həyata keçirilən tədbirlər davam etdirilmiş, iqtisadiyyatın dinamik inkişafı təmin olunmuşdur.
Göygöl şəhərinin Fərman Kərimzadə küçəsində 1 ədədi və Qızılqaya qəsəbəsində yerləşən 5 çoxmənzilli binaların dam örtüyü dəyişmiş və həmin binalarda və o cümlədən 21-ci məhəllədə və M.Ə.Rəsulzadə küçəsində yerləşən 2 mərtəbəli binaların fasad hissələri suvanaraq rənglənmiş, giriş qapıları və blok pəncərələri dəyişdirilmişdir.  Dövlət Mənzil Fonduna aid olan 7 yaşayış mənzili təmir olunmuşdur. Zurnabad kənd uşaq bağçası əsaslı təmir edilmişdir.
Göygöl şəhərinin Ordubadi, Mikayıl Müşfiq və İsrafil Məmmədov küçələrinə asfalt örtük salınması üçün işlərə başlanılmış, hazırda 1000 kvm səkilərə, yol hissəsinə isə 10240 kvm asfalt örtük salınmış, 1571 p/m su ötürücü arxlar düzülmüşdür. 3 min nəfər əhalinin yaşadığı 3 yaşayış məntəqəsini birləşdirən 18 km uzunluğunda Bakı-Qazax magistral avtomobil yolunun 353 km-dən - Çaylı - Pənahlılar - Dozular kəndarası avtomobil yolunda əsaslı təmir işləri aparılaraq yola asfalt örtük salınmışdır. Gəncə-Kəlbəcər-Laçın avtomobil yolunun III texniki dərəcəyə uyğun yenidən qurulması işləri aparılır və hazırda işlər davam etdirilir.  Göygöl - Mollacəlilli  avtomobil yolunda, Qızılca, Yalqışlaq, Sərkar, Haçaqaya, Yeni Qızılca, Xaqani, Əlimədədli, Nadil, Zurnabad kənddaxili yollarda  təmir işləri aparılmışdır.  
Rayonda 2018-ci ilin 9 ayı ərzində 578 yeni iş yerləri açılmışdır,  bunun da 348-i daimidir. 
2018-ci ilin 9 ayı ərzində iqtisadiyyatın əsas sahələrində istehsal olunmuş məhsul və xidmətlərin ümumi həcmi 131 milyon 351,3 min manat, ondan 85 milyon 80.7 min manatı (64.8 %) istehsal sahələrini, 46 milyon 270.8 min manatı (35.2%) xidmət sahələrini təşkil etmiş, adambaşına 2069.2 manat dəyərində məhsul istehsal edilmişdir.
Aqrar sahənin inkişafına göstərilən dövlət dəstəyinin nəticəsi olaraq  2018-ci ildə 1489 nəfər kənd təsərrüfatı məhsulları istehsalçılarına 8280.95 hektar əkin və çoxillik əkmələrə görə dövlət büdcəsindən 612 min 410 manat yardım verilmişdir. Hazırda 6700 hektar rayon ərazisində şum aparılmışdır və işlər davam etdirilir. 
Kənd təsərrüfatı təyinatlı torpaqlardan, xüsusilə də pay torpaqlarından təyinatı üzrə səmərəli istifadə olunmasına, torpaqların təyinatının dəyişdirilərək qanunsuz tikililər aparılmasının və digər məqsədlər üçün istifadə olunmasının qarşısının alınmasına nəzarət gücləndirilmişdir.
Rayonda sahibkarlığın inkişafına yaradılmış münbit şəraitin nəticəsi olaraq hüquqi şəxslərin sayı 578 vahidə çatmış, hesabat dövründə aqrar sahənin inkişafı üçün Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 17 sahibkara 190 min manat məbləğində güzəştli kredit verilmişdir. 
Əhalinin təbii qaz təchizatını yaxşılaşdırmaq məqsədilə hesabat dövründə 90 ədəd qaz tənzimləyici şkaflar və 245 ədəd siyirtmələr əsaslı təmir edilmişdir. Rayonun Şəhriyar və Kərəmli kəndlərinə yeni qaz xətləri çəkilərək abonentlər təbii qazla təmin edilmiş, tikintisi davam etdirilən Qızılca, Yeni Qızılca, Sərkar, Haçaqaya kəndləri və Bəhrəmbağ qəsəbəsində işlər tamamlanmaq üzrədir, yaxın vaxtlarda yaşayış məntəqələrinə təbii qazın verilməsi nəzərdə tutulmuşdur. Çaykənd kəndində ümumilikdə 20900 p/m qaz xətti çəkilmiş və hazırda işlər davam etdirilir.
Cari ilin 9 ayı ərzində rayon büdcəsinin gəlirləri (dotasiyasız) 3 milyon 283 min manat proqnoza qarşı 4 milyon 640 min manat və ya 141.3 %, büdcənin xərcləri isə 4 milyon 465 min 560 manat proqnoza qarşı 3 milyon 732 min 304 manat və ya 83.5 %  icra edilmişdir.    
Əhalinin az təminatlı təbəqəsinin, sosial müdafiəyə ehtiyacı olan insanların maddi rifah halının yaxşılaşdırmaq  məqsədilə 2018-ci ilin 9 ayı ərzində 751 ailəyə ünvanlı dövlət sosial yardım təyin olunmuş, 8595 nəfər əmək və digər sosial pensiyaçılara 14 milyon 967,6 min manat pensiya və müavinət ödənilmiş, rayon üzrə orta aylıq pensiyanın məbləği 189 manat 44 qəpik  təşkil etmişdir.  
Əhalinin məşğulluğunu təmin etmək və sosial müdafiəyə ehtiyacı olan vətəndaşların sosial müdafiəsini gücləndirmək məqsədilə 2018-ci ilin 9 ayı ərzində 1120 nəfər iş axtaran Məşğulluq Mərkəzində qeydiyyata alınmış, onlardan 264 nəfəri münasib iş yerləri ilə təmin olunmuşdur.
Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Arif Seyidov müzakirə edilən məsələlərin həlli ilə əlaqədar olaraq öz tövsiyə və tapşırıqlarını verdi və bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin regionların sosial-iqtisadi inkişafına, eyni zamanda quruculuq abadlıq işlərinin  aparılmasına göstərdiyi diqqət və qayğının nəticəsi olaraq rayonda mövcud olan problemlərin aradan qaldırılması istiqamətində tədbirlər bundan sonra da davam etdiriləcəkdir.

Keçidlər