Şriftin ölçüsü :

Saytın rəngi :

Göygöl rayonunda Dövlət Müstəqilliyi Günü qeyd edildi

17 oktyabr 2018 | 16:00

Göygöl Rayon İcra Hakimiyyətinin akt zalında “18 Oktyabr – Müstəqillik Günü” münasibəti ilə  elmi-praktik konfrans keçirildi. Konfransda Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Arif Seyidov, rayonun hüquq-mühafizə orqanlarının,  idarə, müəssisə və təşkilatların rəhbərləri və  kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etdilər.  Elmi-praktik konfransın əvvəlində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.
Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Arif  Seyidov “18 Oktyabr – Müstəqillik Günü” münasibəti ilə tədbir iştirakçılarını təbrik edərək, bu tarixi günün Azərbaycan xalqının həyatına böyük və əlamətdar hadisə kimi daxil olduğunu qeyd etdi. Eyni zamanda bildirildi ki, Azərbaycanın dövlət müstəqilliyi xalqımız üçün ən böyük sərvətdir. Bu gün Müstəqil  Azərbaycan Respublikası beynəlxalq aləmdə suveren və demokratik dövlət kimi daha da möhkəm yerini tuta bilmiş, regionun lider dövlətinə çevrilmişdir.
Elmi-praktik konfransda çıxış edən digər natiqlər də  Azərbaycanın müstəqillik tarixi barədə geniş və ətraflı məlumat verdilər.

Keçidlər