Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Göygöl rayonunda vətəndaşları qəbul edib

21 sentyabr 2018 | 16:00

Göygöl rayon Heydər Əliyev Mərkəzində  Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Göygöl, Daşkəsən, Samux rayonlarının və Gəncə şəhərinin sakinlərini fərdi qaydada qəbul edərək, müraciətlərini dinləyib. Qəbuldan əvvəl nazir Sahil Babayev və Göygöl rayon İcra Hakimiyyətinin başçısı Arif Seyidov Ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.
Müraciətlər əsasən əmək hüquqlarının müdafiəsi, sosial təminat, sosial sığorta münasibətləri, tibbi-sosial ekspertiza və reabilitasiya, məşğulluq, şəhid hərbi qulluqçuların vərəsələrinə birdəfəlik yardımların verilməsi, müharibə əlilləri və şəhid ailələrinin mənzillə təmin olunması və s. məsələlərlə bağlı olub.
Nazir Sahil Babayevin tapşırığı ilə aidiyyəti məsələlər yerindəcə öz həllini tapıb, potensial imkanları nəzərə alınaraq vətəndaşlardan bir qisminin özünüməşğulluq proqramına cəlb edilməsi, peşə bacarıqlarına uyğun iş yerləri ilə təmin olunmaları üçün yaşadıqları ərazi üzrə vakant iş yerlərinə göndərişlər verilməsi tapşırılıb. Həmçinin sorğu xarakterli müraciətlərlə bağlı vətəndaşlara ətraflı hüquqi izahatlar verilib.

Keçidlər