Şriftin ölçüsü :

Saytın rəngi :

Göygöl rayonunda Səhiyyə işçilərinin “Peşə bayramı” qeyd olundu

14 iyun 2018 | 16:00

17 İyun Səhiyyə işçilərinin Peşə bayramı günü münasibəti ilə Göygöl Mərkəzi rayon xəstəxanasında tədbir keçirildi. Tədbirdən əvvəl Göygöl rayon Səhiyyə işçiləri Ümummilli lider Heydər Əliyevin heykəli önünə gül dəstələri qoyaraq,  ona hörmət və ehtiramlarını ifadə etdilər. Sonra tədbir Göygöl Mərkəzi rayon xəstəxanasının akt zalında davam etdirildi.
         Tədbirdə çıxış edən natiqlər qeyd etdilər ki, Azərbaycanda tibbin inkişafı daha çox XX əsrlə bağlıdır. Azərbaycan Xalq Cümhuriyyəti yaradıldıqdan sonra onun həyata keçirdiyi sosial-mədəni tədbirlərdən biri də sağlamlığın mühafizə ilə bağlı idi. Bununla əlaqədar olaraq Nazirlər Şurasının 17 iyun 1918-ci il tarixli sərəncamı ilə Səhiyyə Nazirliyi təşkil olundu. İndi Azərbaycanda öz sənətinin sirlərinə dərindən bələd olan, insanların sağlamlığının keşiyində duran minlərlə səhiyyə işçisi vardır. Azərbaycan Respublikasının Ümummilli lideri Heydər Əliyevin sərəncamına əsasən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin yaradılmasını nəzərə alaraq Tibb işçilərinin peşə bayramı gününün təsis edilməsi haqqında 4 iyun 2001-ci il tarixli sərəncamına əsasən hər il 17 iyun Azərbaycan Respublikası tibb işçilərinin peşə bayramı günü kimi qeyd olunur.
        Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin göstərdiyi diqqət və qayğının nəticəsi olaraq son zamanlar səhiyyənin daha da inkişaf etdirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilir, əhaliyə yüksək səviyyədə tibbi xidmət göstərilməsi üçün hərtərəfli şəraitin yaradılması təmin olunur.
      Göygöl Mərkəzi rayon xəstəxanasında da əhaliyə yüksək səviyyədə tibbi xidmət göstərilməsi üçün hərtərəfli şərait yaradılmışdır.  Xəstəxananın tibb işçiləri yaradılmış şəraitdən istifadə edərək vəzifə borclarını yüksək peşəkarlıq səviyyəsində yerinə yetirirlər. Bu da rayon əhalisi  arasında müsbət qarşılanır və yüksək qiymətləndirilir.
     Tədbirin sonunda əməkdə fərqlənən bir qrup rayon tibb işçisi Fəxri Fərmanlarla təltif olundular.

Keçidlər