Şriftin ölçüsü :

Saytın rəngi :

Göygöl rayon ümumtəhsil məktəblərində “Son zəng” tədbirləri keçirilib

14 iyun 2018 | 16:00

Göygöl rayon 50 ümumtəhsil məktəbində 2017-2018-ci tədris ili üçün “Son zəng” tədbirləri keçirildi. Tədbirlərdə Göygöl rayon İcra Hakimiyyətinin və  Rayon Təhsil şöbəsinin məsul işçiləri, məktəb kollektivləri, şagirdlər və valideynlər iştirak etdilər.  2017-2018-ci tədris ilində Göygöl rayon ümumtəhsil məktəblərinin IX sinfini 776 nəfər şagird, XI sinifləri isə 651 nəfər bitirdi.
Tədbirdə çıxış edən natiqlər məzunlara xoş arzularını çatdıraraq, dövlətimiz tərəfindən təhsilin inkişaf etdirilməsinə göstərilən diqqət və qayğını qeyd etdilər və bunun da təhsilin səviyyəsinin artırılmasına müsbət təsir göstərdiyini bildirdilər. Tədbir məzunlar tərəfindən hazırlanmış çıxışlarla başa çatdı.

Keçidlər