Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi - 28 May - Respublika günü münasibəti ilə Göygöl rayonunda konfrans keçirildi

25 may 2018 | 16:00

Göygöl Rayon İcra Hakimiyyətinin akt zalında Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi - 28 May - Respublika günü münasibəti ilə konfrans keçirildi.
Konfransda Göygöl Rayon İcra hakimiyyətinin başçısı Arif Seyidov, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilat rəhbərləri,  ağsaqqalların, ziyalıların və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etdirdilər.
Konfransı giriş sözü ilə açan Rayon İcra hakimiyyətinin başçısı Arif Seyidov  bildirdi ki, 1918-ci ilin may ayının 28-də Şərgdə ilk demokratik Respublika Azərbaycan Demokratik Respublikası yaradılmışdır. Bu tarixi gün Azərbaycan xalqının həyatına böyük və əlamətdar hadisə kimi daxil olmuşdur. Müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti ölkəmizin çoxəsirlik sosial-iqtisadi, ictimai-siyasi və mədəni inkişafının, xalqımızın milli oyanışı və dirçəlişi proseslərinin məntiqi nəticəsi kimi meydana çıxmışdır.         
Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın siyasi şüur səviyyəsinin, intellektual və mədəni potensialının, yüksək istedad və qabiliyyətinin göstəricisi idi.
Əsası Heydər Əliyev tərəfindən qoyulan Azərbaycan Respublikasının müstəqilliyinin qorunması və inkişafı hal-hazırda Möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən inamla davam etdirilir. 100 il əvvəl Azərbaycanda cümhuriyyətin qurulmasının tarixi əhəmiyyətini vurğulayaraq Dövlət Başçımız cənab İlham Əliyev 2018-ci il Azərbaycan Respublikasında “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan etmişdir. Milli dövlətçilik salnaməsini müstəsna dərəcədə zənginləşdirmiş Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ölkəmizdə və ölkədən kənarda təntənə ilə qeyd edilir.
Konfransda çıxış edən digər natiqlər də  Azərbaycan Xalq Cümhuriyyəti fəaliyyəti dövründə gördüyü işlər barədə geniş və ətraflı məlumat verdilər.

Keçidlər