Şriftin ölçüsü :

Saytın rəngi :

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü Göygöl rayonunda qeyd olundu

10 may 2018 | 16:00

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü Göygöl rayonunda böyük izdihamla qeyd olundu. Göygöl Rayon İcra Hakimiyyətinin İnzibati binasının qarşısında Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü münasibəti ilə Heydər Əliyevin heykəli önünə gül dəstələri qoyulduqdan sonra ümumrayon tədbiri keçirildi. Tədbirdə Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Arif Seyidov, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların kollektivləri, rayonun ərazisində yerləşən N saylı hərbi hissələrin əsgər və zabitləri, İcra Hakimiyyəti Başçısının  inzibati ərazi dairələri  üzrə nümayəndələri, bələdiyyələr,  ağsaqqallar, eləcə də rayon ictimaiyyətinin və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etdilər.
Sonra YAP Göygöl rayon təşkilatının akt zalında Göygöl Rayon İcra Hakimiyyəti və YAP Göygöl rayon təşkilatının birgə təşkilatçılığı ilə “Dahi şəxsiyyət-Heydər Əliyev” mövzusunda elmi-praktiki konfrans keçirildi. Elmi-praktiki konfransda çıxış edən natiqlər Ulu öndərin həyat və yaradıcılığı barədə geniş və ətraflı məlumat verilərək bildirdilər ki, Heydər Əliyev fenomeni Azərbaycan tarixinin ayrılmaz hissəsini təşkil edir. Çünki Azərbaycanın 34 il dövrünü əhatə edən tarixi taleyi, bu illər ərzində xalqın ictimai-siyasi, iqtisadi və mədəni həyatının bütün sahələrində dirçəlişi Heydər Əliyevin adı ilə sıx bağlıdır. Bu böyük şəxsiyyət bütün dövrlərdə titanik zəhməti, tükənməz enerjisi, işıqlı zəkası və qətiyyətli iradəsi ilə xalqının, vətəninin, dövlətinin xidmətində dayanıb. Ulu öndər Heydər Əliyevin böyük ideyaları, amalları bu gün də bizim yolumuza nur saçır, xoşbəxt gələcəyə səsləyir.
Tədbirin sonunda Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illik yubileyi münasibəti ilə rayonda keçirilən müxtəlif yarışların qalibləri mükafatlandırıldı və  Yeni Azərbaycan Partiya sıralarına yeni qəbul olmuş şəxslərə vəsiqələri təqdim olundu.

Keçidlər