Şriftin ölçüsü :

Saytın rəngi :

Göygöl rayonunda Novruz Bayramı təntənə ilə qeyd olundu.

19 mart 2018 | 16:00

Xalqımızın gözəl adət-ənənələrini  özündə ehtiva edən, ən qədim tarixə malik olan, bahar fəslinin gəlişini tərənnüm edən – Novruz Bayramı münasibətilə Göygöl rayonunda ümumrayon  şənliyi keçirildi.  Şənlik  Şəhər mərkəzi stadionda təşkil edilmişdir. İcra hakimiyyəti tərəfindən təşkil edilmiş  şənlikdə Göygöl Rayon İcra Hakimiyyətinin Başçısı Arif Seyidov, Milli Məclisin Deputatı Rövşən Rzayev, hüquq-mühafizə orqanlarının rəhbərləri,  rayonda fəaliyyət göstərən idarə və müəssisələrin kollektivləri, ictimaiyyət nümayəndələri, Qarabağ müharibəsi əlilləri, şəhid və  aztəminatlı ailələr, idmançılar, musiqiçilər və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etdilər.
Rayon İcra Hakimiyyətinin başçısı Arif Seyidov və Milli Məclisin Deputatı Rövşən Rzayev çıxış edərək Azərbaycan xalqının uzaq qədimlərdən bu günədək sevə-sevə qeyd etdiyi  Novruz Bayramı münasibəti ilə tədbir iştirakçılarını təbrik etdilər və bahar bayramının xalqımıza ruzi-bərəkət gətirməsini arzuladılar.
Rayon İcra Hakimiyyətinin başçısı Arif Seyidov bayram tonqalını alovlandırdıqdan sonra, qonaqlarla birgə hər bir kollektivə yaxınlaşaraq bayram münasibəti ilə təşkil olunmuş süfrələrlə tanış oldular və onlara bir daha öz xoş arzularını çatdırdılar. Eyni zamanda rayon idmançılarının nümunəvi çıxışlarına da tamaşa olundu.
Novruz Bayramının əsas personaları olan Kosa, Keçəl və Bahar Qızı atlıların müşayiəti ilə faytonda şəhərin küçələrini dövr edərək meydançaya daxil oldular və öz duzlu və məzəli çıxışları ilə şənliyə rəngarənglik qatdılar. Dəvət olunmuş pəhləvan və kəndirbazlar xüsusi əyləncəli çıxışları ilə tədbir iştirakçılarına xoş təsir bağışladılar.
        Şənlik rayon Mədəniyyət Mərkəzinin təşkil etdiyi rəngarəng konsert proqramı ilə davam etdirildi.

Keçidlər