Şriftin ölçüsü :

Saytın rəngi :

Yeni Azərbaycan Partiyasının yaranmasının 25 illiyi Göygöl rayonunda qeyd olundu.

13 noyabr 2017 | 16:00

Yeni Azərbaycan Partiyasının yaranmasının 25 illiyi münasibəti ilə YAP Göygöl rayon təşkilatının akt zalında tədbir keçirildi. Tədbirdə Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Arif Seyidov, YAP Göygöl Rayon təşkilatının sədri Turani Əliyev, ilk partiya təşkilat sədrləri və kütləvi informasiya vasitələrin nümayəndələri iştirak etdi.
    Tədbir iştirakçıları əvvəlcə Ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək, xatirəsini ehtiramla yad ediblər.
    Tədbirdə çıxış edən YAP Göygöl Rayon təşkilatının sədri Turani Əliyev  yubiley münasibətilə  bütün YAP üzvlərini  təbrik  edərək, YAP-ın yaranma tarixi, keçdiyi şərəfli yol, partiyanın yaradıcısı Ümummilli lider Heydər Əliyevin xilaskarlıq missiyası və partiyanın cəmiyyətdə aparıcı rolu barədə ətraflı məlumat verdi. Eyni zamanda Yeni Azərbaycan Partiyasının sədri, ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi altında qazanılmış uğurlar barədə ətraflı məlumatı tədbir iştirakçılarının nəzərinə çatdırdı.
        Tədbirdə çıxış edən Göygöl Rayon İcra Hakimiyyətinin başçısı, YAP Göygöl rayon təşkilatının  şura üzvü  Arif Seyidov tədbir  iştirakçılarını və  onların simasında rayon təşkilatının bütün üzvlərini Yeni Azərbaycan Partiyasının    25 illik yubileyi  münasibətilə təbrik etdi, onlara gələcək ictimai-siyasi fəaliyyətlərində uğurlar arzuladı.
Məruzə ətrafında çıxış edən digər natiqlər də Yeni Azərbaycan partiyasının  Azərbaycan cəmiyyətində tutduğu mövqedən danışdılar.
Çıxışlardan sonra Yeni Azərbaycan Partiyası rayon təşkilatının partiya quruculuğu işində və rayonun ictimai həyatında fəal  iştirak edən bir qrup partiya üzvü, Yeni Azərbaycan Partiyasının 25 illik yubileyi  ilə əlaqədar rayon təşkilatı tərəfindən keçirilən idman yarışlarının qalibləri Fəxri fərman və xatirə hədiyyələrlə təltif edildilər.
Təltiflərdən sonra  Yeni Azərbaycan Partiyasının sıralarına yeni qəbul olunmuş gənclərə üzvlük vəsiqələri və hədiyyələr təqdim edildi.

Keçidlər