Şriftin ölçüsü :

Saytın rəngi :

Göygöl rayonunda yeni inşa edilmiş məktəb binası istifadəyə verildi

15 sentyabr 2017 | 16:00

Yeni inşa edilmiş 432 şagird yerlik Üçtəpə kənd tam orta məktəbinin açılış mərasimi “15 sentyabr – Bilik günü”nə təsadüf etdi. 
Açılışda Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Arif Seyidov, Təhsil nazirliyinin və tikinti təşkilatının nümayəndələri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, təhsil işçiləri, kənd sakinləri və mətbuat işçiləri iştirak etdilər.
Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Arif Seyidov tədbirdə çıxış edərək rayonunda aparılan quruculuq və abadlıq işləri barədə geniş məlumat verdi və bütün bu işlərin Möhtərəm Prezident cənab İlham Əliyevin sayəsində həyata keçirildiyini qeyd etdi.  Eyni zamanda tikintidə əməyi olan hər bir şəxsə öz dərin minnətdarlığını bildirdi və “15 sentyabr – Bilik günü” və yeni tikilmiş məktəb binasının açılışı münasibətilə məktəb kollektivini təbrik edərək, kollektivə  işlərində uğurlar və müvəffəqiyyətlər arzuladı. 
Tədbirdə çıxış edən digər natiqlər də Ölkəmizdə və rayonumuzda görülmüş işlərlə əlaqədar Möhtərəm Prezident cənab İlham Əliyevə minnətdarlıq bildirərək xoş arzularını çatdırdılar.
Sonda yeni inşa edilmiş Üçtəpə kənd tam orta məktəbinə  baxış keçirildi.

Keçidlər