Home Contact Phone facebook twitter youtube instagram
background
  • Ünvan: AZ 2500, Azərbaycan Respublikası, Göygöl şəhəri, Azay Kazımov küç 1a.
  • Faks: (+994 2220) 5-30-13
  • E-mail: mail@goygol-ih.gov.az

Xəbərlər

  • 15 İyun Azərbaycan xalqının Milli Qurtuluş G...

    15 İyun Azərbaycan xalqının Milli Qurtuluş Günüdür.

    2021-06-15

    Tariximizə Milli Qurtuluş Günü kimi daxil olmuş 1993-cü ilin 15 iyun günü onu qiymətləndirənlər, dərindən dərk edənlər üçün çox əzizdir. Milli Qurtuluş Günü sadəcə təqvim bayramı deyil, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gündür. Vətənini, xalqını sevən, həmin çətin, ağrılı günlərin dəhşətlərini yaşayan, hadisələri gözləri ilə görən insanlar üçün 15 iyun əsl qurtuluş tarixi, Azərbaycan xalqının ölüm-dirim mübarizəsinin tarixidir. Bu tarixi yaradan isə Azərbaycanın inkişafında, müstəqilliyində, gələcəyində müstəsna rol oynayan, daim xalqına arxalanan və xalqına arxa, dayaq olan bir insan - Ümummilli liderimiz Heydər Əlirza oğlu Əliyevdir.

  • YAP Göygöl rayon təşkilatı 15 İyun – Milli...

    YAP Göygöl rayon təşkilatı 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirib

    2021-06-14

    Yeni Azərbaycan Partiyası (YAP) Göygöl rayon təşkilatınnın təşkilatçılığı ilə 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş “Milli Qurtuluş Günündən başlanan yol Azərbaycanı tarixi Zəfərə qovuşdurdu” mövzusunda tədbir keçirilib.

  • Vətən müharibəsi qaziləri və şəhid ailəl...

    Vətən müharibəsi qaziləri və şəhid ailələri Göygöl Rayon İcra Hakimiyyəti başçısı Aparatında diqqət və qayğı ilə qəbul edilir

    2021-06-08

    Göygöl Rayon İcra Hakimiyyəti başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Sərdar Balayev tərəfindən qazi Həsənov Zaur Fikrət oğlu xüsusi karantin rejimi qaydalarına riayət olunmaqla qəbul edilmişdir. Həsənov Zaur Fikrət oğlu 6 avqust 1989-cu il tarixdə Göygöl şəhərində anadan olmuşdur. 2008-cı ilin yanvar ayından 2009-cu ilin iyul ayınadək “N” saylı hərbi hissədə həqiqi hərbi xidmət keçmişdir. 29 sentyabr 2020-ci ildə könüllü olaraq Qarabağ uğrunda gedən döyüşlərdə iştirak etmiş, 09 noyabr 2020-ci ildə Şuşa şəhəri istiqamətində gedən döyüşlərdə partlayış travması, kontuziya almışdır. Hal-hazırda qazimizin müalicəsi davam edir.

  • Aşıq Ələsgərin anadan olmasının 200 illik y...

    Aşıq Ələsgərin anadan olmasının 200 illik yubileyi Göygöl rayonunda qeyd olunub.

    2021-06-08

    Şəmkir Regional Mədəniyyət İdarəsinin Göygöl rayon üzrə nümayəndəliyinin təşkilatçılığı ilə Göygöl rayon Mədəniyyət Mərkəzində Azərbaycanın aşıq poeziyasını zirvələrə yüksəltmiş el sənətkarı Aşıq Ələsgərin anadan olmasının 200 illik yubleyinə həsr olunan tədbir keçirilib.

  • Göygölün Toğanalı yolu təmir olunub.

    Göygölün Toğanalı yolu təmir olunub.

    2021-06-07

    Gəncə-Kəlbəcə-Laçın avtomobil yolunun Göygöl rayonunun Toğanalı kəndinin daxilindən keçən 3,5 km hissəsi yenidən qurulub, asfalt örtüyü tökülüb. Toğanalı kəndinin turizm imkanları yolun təmirində az əhəmiyyət daşımır. Hər il minlərlə yerli və xarici turistin istirahət məkanı olan kəndə gələnlərin bu sarıdan çətinliyinə son qoyuldu. Bu isə iqtisadiyyatın inkişafı, sahibkarların əraziyə marağı, yerli əhalinin maddi rifahının yaxşılaşması deməkdir

  • Vətən müharibəsi qaziləri və şəhid ailəl...

    Vətən müharibəsi qaziləri və şəhid ailələri Göygöl Rayon İcra Hakimiyyəti başçısı Aparatında diqqət və qayğı ilə qəbul edilir

    2021-06-01

    Göygöl Rayon İcra Hakimiyyəti başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Sərdar Balayev tərəfindən şəhid Məmmədov Samir Ramiz oğlunun ailə üzvləri xüsusi karantin rejimi qaydalarına riayət olunmaqla qəbul edilmişdir.

  • Göygöl Olimpiya İdman Kompleksində respublika ...

    Göygöl Olimpiya İdman Kompleksində respublika turnirin Zona yarışı keçirilib.

    2021-05-31

    Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin, Təhsil Nazirliyinin, Milli Olimpiya Komitəsinin və Məktəb İdmanları Federasiyasının birgə təsdiq etdikləri əsasnamə və proqrama uyğun olaraq 27 may - 28 may 2021-ci il tarixlərdə Göygöl Olimpiya İdman Kompleksində atletika, voleybol, basketbol və mini futbol idman növləri üzrə Vətən müharibəsi şəhidlərinin xatirəsinə həsr olunmuş yeniyetmələr arasında respublika turnirin Zona yarışı keçirilib. Zona yarışında 18 şəhər və rayondan 18 komanda iştirak edib. Yarışda I yerə Mingəçevir şəhər komandası, II yerə Ağdam rayon komandası, III yerə isə Göygöl rayon komandası layiq görülüb. Yarışlar pandemiya qaydalarına uyğun təşkil olunub.

  • Təmizliyə riayət edək və yaşıllıqları qor...

    Təmizliyə riayət edək və yaşıllıqları qoruyaq.

    2021-05-27

    Göygöl rayon sakinlərinin nəzərinə! Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Respublikamızın bütün bölgələrində olduğu kimi, bizim Göygöl rayonunda da geniş miqyaslı tikinti, quruculuq və abadlıq işləri aparılıb, yeni parklar salınaraq gül-çiçəklər əkilmişdir. Parkların və yaşlılıqların qorunması isə sakinlərin öhdəsinə düşür. Təmizliyə riayət edək və yaşıllıqları qoruyaq!

  • Göygöl məktəbləri üçün "Gəncin dostu...

    Göygöl məktəbləri üçün "Gəncin dostu" layihəsi çərçivəsində "Bilik marafonu" intellektual yarışı keçirilir.

    2021-05-26

    Göygöl Təhsil Mərkəzi abituriyent hazırlığı kursunun Göygöl filialının və Gənclərin İnkişaf və Karyera Mərkəzinin Göygöl nümayəndəliyinin birgə təşkilatçılığı ilə "Gəncin dostu" layihəsi çərçivəsində gənclər arasında "Bilik marafonu" adlı intellektual oyunu baş tutdu. Göygöl rayon S.Əliyev adına Çaykənd kənd tam orta məktəbin və Ş.Əhmədov adına Zurnabad kənd tam orta məktəbin şagirdlərinin iştirakı ilə keçirilən intellektual oyunun qalibləri diplomlarla mükafatlandırıldı. "Gəncin dostu" layihəsi səyyar şəkildə bütün Göygöl rayonun məktəblərində həyata keçiriləcək.

  • Göygöl rayonunda “Nizami Gəncəvi ili” nə ...

    Göygöl rayonunda “Nizami Gəncəvi ili” nə həsr olunmuş rəsm müsabiqəsi keçirilib.

    2021-05-25

    Göygöl rayon İcra hakimiyyətinin, Şəmkir Regional Mədəniyyət İdarəsinin Göygöl rayon üzrə nümayəndəliyinin və rayon Təhsil şöbəsinin birgə təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində Nizami Gəncəvinin anadan olmasının 880 illik yubileyinə həsr olunmuş “Xəmsə Möcüzəsi” adlı rəsm müsabiqəsi keçirilib. Müsabiqədə rayon ümumtəhsil məktəblərinin I-XI sinif şagirdləri iştirak ediblər. Qalib iştirakçılara fəxri fərman və xatirə hədiyyələri təqdim olunub.

  • FHN havaların isinməsi ilə bağlı əhaliyə m...

    FHN havaların isinməsi ilə bağlı əhaliyə müraciət etdi

    2021-05-18

    Nazirlik bir neçə sadə təhlükəsizlik qaydasını vətəndaşların diqqətinə çatdırıb:

  • Ümummilli lider Heydər Əliyevin anadan olmasın...

    Ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü Göygöl rayonunda qeyd olunub.

    2021-05-10

    Heydər Əliyev fenomeni Azərbaycan tarixinin ayrılmaz hissəsini təşkil edir. Çünki Azərbaycanın 34 il dövrünü əhatə edən tarixi taleyi, bu illər ərzində xalqın ictimai-siyasi, iqtisadi və mədəni həyatının bütün sahələrində dirçəlişi Heydər Əliyevin adı ilə sıx bağlıdır. Bu böyük şəxsiyyət bütün dövrlərdə titanik zəhməti, tükənməz enerjisi, işıqlı zəkası və qətiyyətli iradəsi ilə xalqının, vətəninin, dövlətinin xidmətində dayanıb.

  • YAP Göygöl rayon təşkilatı Ümummilli Lider H...

    YAP Göygöl rayon təşkilatı Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr edilmiş tədbir keçirib

    2021-05-07

    7 may 2021-ci il tarixində Yeni Azərbaycan Partiyası (YAP) Göygöl rayon təşkilatının İdarə Heyətinin üzvləri, təşkilatın aparat işçiləri, ilk partiya təşkilat sədrləri və fəal gənclərin iştirakı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr edilmiş "Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi kurs gələcəyimizin, inkişafımızın və tərəqqimizin qarantıdır" mövzusunda videokonfrans formatında tədbir keçirilib.

  • 15 May Beynəlxalq Ailə Günü BMT-nin Baş Assam...

    15 May Beynəlxalq Ailə Günü BMT-nin Baş Assambleyasının qətnaməsinə müvafiq olaraq dünyada 1994-cü ildən qeyd olunur.

    2021-05-07

    Bu gün münasibətiylə TTFT liseydə Göygöl rayon İcra Hakimiyyəti başçısı Aparatı yanında fəaliyyət göstərən "Yetkinlik Yaşına Çatmayanların" işləri və hüquqlarının müdafiəsi üzrə Komissiyanın məsul katibi İbrahimova Vəfa Valeriy qızı və TTFT liseyin valideyn, şagird kontingentinin iştirakı ilə "Valideyn-uşaq münasibətlərinin tənzimlənməsi" mövzusunda onlayn tədbir keçirildi.

  • 15 may“Beynəlxalq Ailə Günü” münasibəti ...

    15 may“Beynəlxalq Ailə Günü” münasibəti ilə onlayn tədbir keçirilib.

    2021-05-05

    Göygöl Rayon İcra Hakimiyyətinin və Rayon Təhsil şöbəsinin birgə təşkilatçılığı ilə “15 may - Beynəlxalq Ailə Günü”nə həsr olunmuş Topalhəsənli kənd tam orta məktəb şagirdlərinin iştirakı ilə “Gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunması” mövzusunda onlayn tədbir keçirilib. Keçirilən onlayın tədbir zamanı şagirdlər tərəfindən yüksək fəallıq göstərilib.

  • Göygöl rayonunda “Ən yaxşı təqdimat” mü...

    Göygöl rayonunda “Ən yaxşı təqdimat” müsabiqə keçirilib.

    2021-05-04

    Ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü münasibəti ilə Göygöl rayon ümumtəhsil məktəbləri arasında “Ən yaxşı təqdimat” onlayn müsabiqə keçirilib. Müsabiqənin nəticələrinə görə I yerə Xəqani kənd tam orta məktəbin X sinif şagirdi Sadıqova Könül Aqil qızı, II yerə Kərəmli kənd tam orta məktəbin XI sinif şagirdi Şahverdiyeva Naze Azər qızı, III yerə Topalhəsənli kənd tam orta məktəbin IX sinif şagirdi Vəlizadə Aysun Ramil qızı, IV yerə Köşkü kənd tam orta məktəbin XI sinif şagirdi Babayeva Səma Mübariz qızı layiq görülüblər. Qalib şagirdlərə Fəxri Fərman və xatirə hədiyyələri təqdim olunub. Sonda Ulu öndər Heydər Əliyevin heykəli önündə xatirə şəkli çəkdirilib.

  • Vətən müharibəsi qaziləri və şəhid ailəl...

    Vətən müharibəsi qaziləri və şəhid ailələri Göygöl Rayon İcra Hakimiyyəti başçısı Aparatında diqqət və qayğı ilə qəbul edilir

    2021-05-03

    Göygöl Rayon İcra Hakimiyyəti başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Sərdar Balayev tərəfindən şəhid Əmiraslanov Elgün Sərvan oğlunun həyat yoldaşı Əmiraslanova Bənövşə Əzim qızı xüsusi karantin rejimi qaydalarına riayət olunmaqla qəbul edilmişdir.

  • "Nizami ili"nə həsr edilmiş teatr tam...

    "Nizami ili"nə həsr edilmiş teatr tamaşa müsabiqəsi keçirilib.

    2021-05-03

    2021-ci ilin “Nizami ili” elan olunması münasibətilə Göygöl Gənclər və İdman idarəsinin Gənclərin İnkişaf və Karyera Mərkəzinin Göygöl nümayəndəliyi ilə birgə ""Nizami elə bir dühadır ki,.." adlı teatr tamaşa müsabiqəsi keçirilib. Tədbirin məqsədi Nizami yaradıcılığında insani keyfiyyətlərin, mənəvi dəyərlərin gənclərə aşılanması, Nizami dühasının yeni nəslin qəlbinə sevgi ilə həkk olunması, istedadlı gənclərin aşkara çıxarılması, onların yaradıcılıq potensiallarının inkişaf etdirilməsidir. Tədbirdə Göygöl şəhər TTFT Lisey, 4 saylı, 5 saylı və Nadil kənd tam orta məktəbləri iştirak edib. Tədbirin sonunda iştirak edən məktəblər təşəkkürnamə və xatirə hədiyyələri ilə təltif edilib.

  • “Həm özümüzü, həm də ətrafımızdakılar...

    “Həm özümüzü, həm də ətrafımızdakıları təhlükə ilə üz-üzə qoymamaq üçün peyvənd olunaq”

    2021-05-03

    “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq yanvarın 18-də başlanan peyvəndlənmə prosesi davam edir.

  • Tibbi maskadan istifadə etmək özümüzü və ə...

    Tibbi maskadan istifadə etmək özümüzü və əzizlərimizi qorumaq deməkdir

    2021-05-03

    Tibbi maskadan istifadə etmək özümüzü və əzizlərimizi qorumaq deməkdir

  • “Uşaq əməyinin qarşısının alınması” m...

    “Uşaq əməyinin qarşısının alınması” mövzusunda onlayn təlim keçirilib.

    2021-04-30

    Azərbaycan Respublikasının Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə “Uşaq əməyinin qarşısının alınması” mövzusunda onlayn təlim keçirilib. Təlimə Azərbaycan Respublikasının Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndəsi Fərid Ədilov sədrlik edib. Təlimata uyğun olaraq təlimdə Göygöl Rayon İcra Hakimiyyəti başçısı Aparatı yanında fəaliyyət göstərən “Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiya”nın məsul katibi Vəfa İbrahimova iştirak edib.

  • Göygöl rayonunda 11-ci sinif şagirdlərinin bur...

    Göygöl rayonunda 11-ci sinif şagirdlərinin buraxılış imtahanlarına hazırlıq işləri aparılır.

    2021-04-28

    2020/2021-ci tədris ilində Göygöl rayonu üzrə buraxılış imtahanlarının keçirilməsi üçün Dövlət İmtahan Mərkəzi tərəfindən dörd mərkəz (şəhər 1, 6 nömrəli və Üçtəpə kənd tam orta məktəbləri) seçilmişdir. Həmin məktəblərin sanitar qovşaqları tam işlək vəziyyətdədir və fasiləsiz axar su ilə təmin olunmuşdur.

  • Göygöl rayonunda fənn müsabiqəsi keçirilib.

    Göygöl rayonunda fənn müsabiqəsi keçirilib.

    2021-04-27

    Azərbaycan Respublikası Təhsil Nazirliyinin təşəbbüsü ilə 26-27 aprel 2021-ci il tarixlərdə Göygöl rayonunun ümumtəhsil məktəblərinin VI-VII sinif şagirdləri arasında fənn müsabiqəsi keçirilib. Müsabiqədə VI siniflər üçün riyaziyyat və informatika, VII siniflər üçün fizika, kimya və biologiya fənləri üzrə 300 dən çox şagird iştirak edib. Müsabiqə pandemiya qaydalarına uyğun təşkil edilib.

  • Vətən müharibəsi qaziləri və şəhid ailəl...

    Vətən müharibəsi qaziləri və şəhid ailələri Göygöl Rayon İcra Hakimiyyəti başçısı Aparatında diqqət və qayğı ilə qəbul edilir

    2021-04-22

    Göygöl Rayon İcra Hakimiyyəti başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Sərdar Balayev tərəfindən şəhid Məmmədov Samir Ramiz oğlunun ailə üzvləri xüsusi karantin rejimi qaydalarına riayət olunmaqla qəbul edilmişdir.

  • Dənli və texniki bitkilərin yığımı dövrün...

    Dənli və texniki bitkilərin yığımı dövründə və meşələrdə yanğın təhlükəsizliyi qaydaları

    2021-04-21

    Kənd təsərrüfatında məsul bir dövrün - dənli və texniki bitkilərin yığımı mövsümünün astanasındayıq. Taxıl yığımı və heyvandarlığın inkişafı məqsədilə mal-qara üçün silos, senaj, quru ot tədarükünün artırılması respublika iqtisadiyyatında önəmli rol oynadığına görə bu sahələrin, bütövlükdə kənd təsərrüfatının inkişafı istiqaməti daim diqqət mərkəzindədir.