İqtisadi İnkişaf Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin Gəncə nümayəndəliyinin təşkilatçılığı ilə Göygöl rayonunda sahibkarlar üçün "Kənd təsərrüfatında sahibkarlıq fəaliyyətinin sığortalanması" mövzusunda seminar keçirilmişdir.
Avropa Şurası Parlament Assambleyasının sədri cənab Mövlud Çavuşoğlu Göygöl rayonuna səfər etmişdir.
Almaniya Federativ Respublikasının Baden-Vürtemberq Federal torpağının Baş Naziri cənab Qünter Qtinqer Göygöl şəhərinin yaranmasının 190 illiyi münasibəti ilə keçirilən tədbirdə iştirak etmək üçün Göygöl rayonuna səfər etmişdir.
Səfəri zamanı Dövlət başçısı əvvəlcə rayon mərkəzində ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək gül dəstələri qoymuşdur.
04 mart 2008-ci il tarixdə səfəri zamanı ölkə Rəhbəri şəhərin mərkəzində ucaldılmış Ümummilli lider Heydər Əliyevin heykəlinin açılış mərasimində iştirak etmiş, heykəlin qarşısına toplaşmış rayon ictimaiyyəti ilə görüşmüş, onlarla öz təəssüratını bölüşərək ürək sözlərini çatdırmışdır.